Qazax

Qazaxda çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

14 iyun / 13:27 2 dəq
8d54e17e 6f37 3ec9 8426 b97f04ce7dd6
14 iyun / 13:27
Burada sizin reklamınız ola bilər

Qazaxda fəaliyyət göstərən çörək istehsalı müəssisəsində nöqsanlar aşkar olunub.

Bu barədə “Qərb Xəbər”ə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, Agentlik əməkdaşları tərəfindən Qazax şəhəri, Azadlıq küçəsində fəaliyyət göstərən, fiziki şəxs Bədəlov Rüfət Cahangir oğluna məxsus çörək istehsalı müəssisəsində keçirilmiş yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitariya norma və qaydalarına riayət edilmədiyi aşkar olunub. Belə ki, müəssisədə döşəmə və divarların asan yuyula bilən materialdan hazırlanmadığı, süni havalandırma sisteminin quraşdırılmadığı, un kisələrinin bir başa döşəməyə və divara bitişik halda yığıldığı, eləcə də müvafiq temperatur və saxlanma şəraitinə riayət edilmədən saxlanıldığı müəyyən edilib. İstehsal edilən çörəyin qablaşdırılmasında məhsulun çəkisi, tərkibi, enerji və qida dəyəri, istehsal tarixi, istifadə müddəti, istehsalçının adı və ünvanı barədə məlumatların qeyd edilmədiyi məlum olub.

Faktlarla bağlı sahibkar barəsində qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

661da0ae-08d0-3214-9238-6dac0a4603a7bb45bd30-6e64-3cfc-9511-68042b2cd4d3_300

Paylaş
Burada sizin reklamınız ola bilər