Mədəniyyət

Medianın İnkişafı Agentliyi fərdi jurnalist müsabiqəsi elan edib

14 iyun / 12:18 1 dəq
C3a47aa7 ba9a 33d7 af90 bde080bb728a
14 iyun / 12:18
Burada sizin reklamınız ola bilər

Medianın İnkişafı Agentliyi fərdi jurnalist müsabiqəsi elan edib.

Agentlikdən “Qərb Xəbər”ə bildirilib ki, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.4-cü maddəsinə əsasən jurnalist anlayışı ilə əhatə olunan şəxslər müsabiqədə iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada mib.media.gov.az portalı vasitəsilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə təqdim edilməlidir.

Müsabiqənin yekununda yazılar üçün nəzərdə tutulmuş nominasiyaların hər biri üzrə 5 jurnalist, süjetlər üçün nəzərdə tutulmuş nominasiyaların hər biri üzrə isə 2 jurnalist və 2 operator qalib elan olunacaq və mükafatlandırılacaq.

62c0f748-0919-3dbd-92bf-f07f4761fcfc
Paylaş
Burada sizin reklamınız ola bilər