Dünya

Putin Ukraynanın əks-hücuma başladığını elan edib

10 iyun / 08:47 1 dəq
28f85e3b 18f6 3064 940b 92f4f1eca7e0
10 iyun / 08:47
Burada sizin reklamınız ola bilər

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın əks-hücuma başladığını elan edib.

Bu barədə “Qərb Xəbər” Rusiya mətbuatına istinadən xəbər verir.

“Əminliklə demək olar ki, onların əks-hücumu başlayıb və bunu strateji ehtiyatlardan istifadə sübut edir. Bu, tamamilə aşkar şeydir”, – Rusiya lideri bildirib.

O qeyd edib ki, gərgin döyüşlər təxminən beş gündür davam edir.

Rusiya Prezidenti Ukrayna Silahlı Qüvvələrinin davamlı hücum potensialını da vurğulayıb.

“Rusiya hərbi rəhbərliyi mövcud vəziyyəti real qiymətləndirir və yaxın gələcəkdə öz hərəkətlərimizi bu reallıqlardan çıxış edərək quracağıq”, – V.Putin əlavə edib.

Paylaş
Burada sizin reklamınız ola bilər