Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Siyasət

Nazir: “Ermənistan iki Azərbaycan vətəndaşını uydurma ittihamlarla vətənə qaytarmaqdan imtina edir”

8 iyun / 09:03 2 dəq
1646482404 ceyhun bayramovjpg
8 iyun / 09:03
Burada sizin reklamınız ola bilər

Ermənistan hökuməti iki Azərbaycan vətəndaşına qarşı işgəncə və ləyaqəti alçaldan rəftarın lazımi şəkildə araşdırılması və günahkarların məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görmək əvəzinə, onları uydurma ittihamlarla vətənə qaytarmaqdan imtina edir.

“Qərb Xəbər” xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Daimi Şurasının xüsusi iclasında çıxışı zamanı deyib.

Nazir bildirib ki, Azərbaycan beynəlxalq öhdəliklərinə sadiq və konstruktiv dialoqa açıq olmaqla yanaşı, beynəlxalq hüququn pozulmasına göz yummayacaq və beynəlxalq səviyyədə müvafiq addımlar atmaqda davam edəcək:

“Xüsusilə, Azərbaycan Ermənistanın beynəlxalq humanitar və insan hüquqlarını kobud şəkildə pozduğuna görə cavab verməsi, cəzalandırılmamış bənzəri olmayan cinayətlərinin günahkarlarını cəzalandırmaq və məsuliyyətə cəlb etmək üçün məhkəmə prosesləri başlatmışdır. Hesabatlılıq və təzminat qurbanların hüquq və mənafelərinin təmin edilməsinə xidmət etsə də və törədilmiş hüquqpozmaların qaçılmaz nəticəsi olsa da, onlar həm də mühüm qabaqlayıcı vasitədir və münaqişədən sonrakı həqiqi normallaşma və barışıq yolunda əsas ilkin şərtlərdən biridir.

Azərbaycan səmimiyyətlə inanır ki, Azərbaycan və Ermənistan arasında bir-birinin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin qarşılıqlı tanınması və hörmətinə əsaslanan münasibətlərin normallaşdırılması regionda davamlı sülh və sabitliyin təmin olunmasının yeganə yoludur.

Biz normallaşma gündəmini birbaşa ikitərəfli danışıqlar yolu ilə irəli sürməkdə qətiyyətli və əzmliyik. Bu səydə biz həm də sülhsevər və firavan Cənubi Qafqaz məqsədi daşıyan beynəlxalq tərəfdaşlarımızın ədalətli və qərəzsiz dəstəyinə və yardımına arxalanırıq”.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı