Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

“Ermənilər irimiqyaslı təxribatlara hazırlaşır” – Ekspert

7 iyun / 14:27 2 dəq
Ermənistan ordu
7 iyun / 14:27
Burada sizin reklamınız ola bilər

Ötən gün ermənilər həm Ermənistan-Azərbaycan şərti sərhəddində, həm də rus sülhməramlılarının nəzarət zonalarında silahlı təxribatlar törədiblər. Düşmənin təxribatçı hərəkətlərinin qarşısı ordumuz tərəfindən qətiyyətlı alınıb.

Hər hansı bir itki olmasa da bu cür təxribatlar, təbii ki, ciddi narahatlıq və narazılıq yaradır. Eləcə də bu cür təxribatlar törədən ermənilərin sülh danışıqlarında heç də səmimi olmamasını göstərir.

“Qərb Xəbər” bildirir ki, məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, ermənilərin son vaxtlar həm Ermənistan-Azərbaycan şərti sərhədində, həm də sülhməramlıların nəzarət zonasında atəşkəsi pozması və mühəndis qurğuları qurması onların irimiqyaslı təxribatlara hazırlaşdıqlarının göstəricisidir:

“Sülh danışıqlarının intensivləşdiyi bütün dönəmlərdə biz ermənilərin bu cür təxribatlara əl atdıqlarının şahidi olmuşuq. Ermənilərin bu cür təxribatçı hərəkətləri ilə hansısa bir uğur qazanmaq şansları yoxdur. Sadəcə belə təxribatlarla ermənilər danışıqlar masasında hansısa arqument əldə etməyə səy göstərirlər.

Belə vəziyyətdə isə Azərbaycan ordusu düşmənin istənilən təxribatına qətiyyətli cavab verməli və düşmənin atəş mövqeyində Azərbaycan bayrağının dalğalanmasına nail olmalıdır. Mühəndis qurğuları olan ərazilər isə artileriyanın imkanları ilə dağıdılmalıdır. Beləcə bütün təxribatlara ən layiqli şəkildə cavab verilməlidir.

Atəşkəsin intensiv şəkildə pozulması və mühəndis qurğularının inşasının qarşısını almaq üçün müəyyən antiterror əməliyyatların keçirilməsi də vacibdir”.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı