Dünya

Azərbaycan “NATO+tərəfdaşlar” formatında iclasa dəvət olunub

5 iyun / 16:09 1 dəq
647dcf96db4d0647dcf96db4d11685966742647dcf96db4ca647dcf96db4cd
5 iyun / 16:09
Burada sizin reklamınız ola bilər

Azərbaycan bu gün ilk dəfə olaraq NATO Hərbi Komitəsinin enerji təhlükəsizliyi ilə bağlı “NATO+tərəfdaşlar” formatında keçirilən iclasında dəvət olunub.

“Qərb Xəbər” xəbər verir ki, bu barədə Azərbaycanın NATO-dakı missiyasının rəhbəri Cəfər Hüseynzadə Tvitter paylaşımında bildirib.

O, qeyd edib ki, Beynəlxalq Əlaqələrin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Esmira Cəfərova NATO Baş Qərargahında enerji təhlükəsizliyi ilə bağlı müttəfiq ölkələrə və dəvət edilən qonaqlara brifinq verəcək.

Əlavə edib ki, Esmira Cəfərova eyni zamanda NATO-nun İqlim və Enerji Təhlükəsizliyi Bölməsinin rəhbəri Mayk Rüle və Litvadakı NATO Enerji Təhlükəsizliyi Mərkəzinin rəhbərliyi ilə ikitərəfli görüşlər keçirəcək.

Paylaş
Burada sizin reklamınız ola bilər