Şəmkirdə güclü külək səbəbindən, bəzi ərazilərdə elektrik enerjisinin verilməsi dayandırılıb
Şəmkirdə küləkli hava şəraiti səbəbindən bəzi ərazilərdə elektrik enerjisi verilməsində fasilələr yaranıb.
“Qərb Xəbər”in məlumatına görə, axşam saatlarından başlayaraq Qərb bölgəsində güclü külək və yağıntılı hava şəraiti müşahidə olunub.
Güclü külək səbəbindən Şəmkir şəhərinin bəzi küçə və prospektində elektrik enerjisinin verilməsində fasilə yaranıb.
Qeyd edək ki, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir rayonlarında həmçinin Gəncə şəhərində küləkli və yağıntılı hava olub.



