Hadisə

Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb

26 may / 12:47 1 dəq
F42517fd c0b1 315c 8422 8f82b7439e9b
26 may / 12:47
Burada sizin reklamınız ola bilər

Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə “Qərb Xəbər”ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Qazax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılmış Azər Yusifova narkotik maddəni satmaqda şübhəli bilinən Novruz Aylarov saxlanılıb. Şübhəli şəxsin yaşadığı evə baxış keçirilən zaman oradan müxtəlif bükümlərdə və qablarda narkotik maddə olan heroin aşkarlanaraq götürülüb. N. Alyarov ifadəsində narkotik vasitələri Bakı şəhərində İran vətəndaşından aldığını və rayona satmaq məqsədi ilə gətirdiyini etiraf edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

aca88671-07e4-3b45-bb37-ad372c0aa5fc_850d08a2295-5992-34e3-aeeb-42ec24920d88256c3785-9442-3c56-8073-55270de2e978

Paylaş
Burada sizin reklamınız ola bilər