Bu gün Gürcüstanda milli bayram – Müstəqillik Günü qeyd edilir
Bu gün Gürcüstanın əsas dövlət bayramı – Müstəqillik Günü qeyd olunur.
“Qərb Xəbər”xatırladır ki, 105 il bundan öncə – 1918-ci ilin mayın 26-da Gürcüstanın Milli Şurası dövlət müstəqilliyi aktını qəbul edib.
Noe Jordaniyanın başçılıq etdiyi ilk demokratik respublika iki il yarım mövcud olub. Gürcüstan dövlət müstəqilliyini 1991-ci ilin aprelin 9-da yenidən bərpa edib.
Qeyd edək ki, bu gün əlamətdar gün münasibəti ilə paytaxt Tbilisidə hərbi parat, bölgələrdə isə müxtəlif genişmiqyaslı tədbirlər keçirilcək.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı