Nikol Paşinyan Moskvaya səfərə gedib
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyaya işgüzar səfərə gedib.
“Qərb Xəbər” xəbər verir ki, bu barədə Ermənistan hökumətinin Mətbuat xidməti məlumat yayıb.
O, mayın 25-də Moskvada Ali Avrasiya İqtisadi Şurasının növbəti iclasında iştirak edəcək.
N.Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.
Səfər çərçivəsində Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü də nəzərdə tutulub.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı