Tovuzda 13 yaşlı qızı qaçırmaqda şübhəli bilinən şəxsə cinayət işi başlanılıb
Tovuzda 13 yaşlı qızı qaçırmaqda şübhəli bilinən şəxsə cinayət işi başlanılıb.
Bu barədə “Qərb Xəbər”ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov deyib.
O bildirib ki, Tovuz rayon sakini Ə.Tağıyevanın Xaçmaz rayonuna ailə qurmaq məqsədilə qaçması ilə əlaqədar S.Kavazov barəsində cinayət işi açılıb.
“Araşdırmalar davam etdirilir”, – DİN rəsmisi vurğulayıb.




