Kılıçdaroğlu: Özdağla görüşümüz gözəl və məhsuldar oldu
Türkiyədə “Millət İttifaqı”nın prezidentliyə vahid namizədi CHP sədri Kemal Kılıçdaroğlu və “ATA İttifaqı”na daxil olan Zəfər Partiyasının sədri Ümit Özdağ arasındakı görüş başa çatıb.
“Qərb Xəbər” BBC-nin türk xidmətinə istinadən xəbər verir ki, tərəflər mətbuat nümayəndələrinə nəticələr barədə açıqlama veriblər.
Kılıçdaroğlu gözəl və məhsuldar bir görüş keçirildiyini vurğulayıb.
Özdağ isə ikinci turda kimi dəstəkləyəcəkləri barədə yekun qərarı daxili məsləhətləşmələrdən sonra açıqlayacaqlarını bildirib.
“Bəzi suallarımız var idi, soruşduq, detallı cavablar aldıq. Bu cavablar çərçivəsində biz səlahiyyətli orqanlarımızda dəyərləndirməmizi edəcəyik”, – deyə o qeyd edib.




