Bölgə xəbərləri

Paşinyan hökuməti narkotik mafiyasına çevrilib – Erməni deputat

18 may / 14:47 1 dəq
1684399656 1211202218091b69f9873cf9d139f43a160aa287
18 may / 14:47
Burada sizin reklamınız ola bilər

Ermənistanda narkotik dövriyyəsi artıb.

“Qərb Xəbər” “Modern.az”a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin müxalif deputatı Andranik Tevanyan deyib.

O qeyd edib ki, ölkə ərazisində 1.4 ton kokain dövriyyəsi var və bunun dəyəri 1 milyard dollardan çoxdur. Deputat bu qədər dövriyyənin Ermənistan hakimiyyəti ilə əlaqəli olduğunu vurğulayıb.

“Ermənistan hökuməti narkotik mafiyasına çevrilib və bunlarla bağlı əsaslı şübhələrimiz var. Düşünmürəm ki, Ermənistanda bir milyard dollarlıq dövriyyəni təmin edə biləcək kimsə var. Hakimiyyətlə heç bir əlaqəsi olmayan biri belə riskli addım ata bilməz”, – deputat bildirib.

 

Tevanyan Ermənistan gömrüyündə ciddi korrupsiyanın olduğunu diqqətə çatıdırıb.

Paylaş
Burada sizin reklamınız ola bilər