Xəbər

“Araz-Naxçıvan” və “Zaqatala” Premyer Liqaya buraxılıb

15 may / 14:49 2 dəq
64620ca152b8764620ca152b88168414736164620ca152b8264620ca152b85
15 may / 14:49
Burada sizin reklamınız ola bilər

Bu gün AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, iclasda 2023/2024-cü illər mövsümündə UEFA-nın klub yarışlarında və Azərbaycan Premyer Liqasında iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.

AFFA-nın Lisenziya Komissiyası klubların lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2022) 8-ci maddəsinə əsaslanmış müzakirələrdən sonra müvafiq qərarlar verib.

“Qarabağ”, “Sabah”, “Neftçi”, “Zirə” və “Qəbələ” avrokuboklarda iştirak üçün lisenziya alıb. “Turan Tovuz” və “Səbail”ə analoji sənəd verilməyib.

“Turan Tovuz”, “Səbail”, “Sumqayıt”, “Kəpəz”, “Şamaxı”, “Araz-Naxçıvan” və “Zaqatala”ya Premyer Liqada oynamaq üçün lisenziya verilib. “İmişli”, “Mingəçevir”, MOİK və “Qaradağ Lökbatan” isə elitaya buraxılmayıb.

Klublar lisenziya ilə bağlı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə şikayət verə bilər.

Qeyd edək ki, UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan futbol klublarının lisenziyalaşdırılması və maliyyə dayanıqlığı üzrə qaydalar” (Buraxılış 2022), 14-cü maddəsinə müvafiq olaraq, 2023/2024-cü illər mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm üçün Azərbaycan Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış hesab olunur.

Paylaş
Burada sizin reklamınız ola bilər