Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Əks-hücuma hazırlaşırıq – Zelenski

14 may / 13:21 2 dəq
Zelenski
14 may / 13:21
Burada sizin reklamınız ola bilər

Ukrayna Prezidenti Vladimir Zelenski əks-hücuma böyük əzmlə hazırlaşdıqlarını, qısa zamanda mühüm addımlar atacaqlarını bildirib.

Rusiyanın 24 fevral 2022-ci ildə Ukraynaya hücumundan sonra ilk dəfə İtaliyanın paytaxtı Romaya səfər edən Zelenski rəsmi təmaslarını başa vurduqdan sonra axşam saatlarında İtaliya dövlət televiziyasında proqrama qatılaraq italyan jurnalistlərin suallarını cavablandırıb.

 

Zelenski İtaliya və Fransanın dəstəyi ilə səmalarını qoruya bildiklərini, bu ölkələrdən alınan hava hücumundan müdafiə sistemləri olmasaydı, daha çox itki verəcəklərini söyləyib.

 

Əhəmiyyətli olanın müharibəni bitirmək olduğunu deyən Ukrayna Prezidenti, xaos içində yaşamaq istəmədiklərini əlavə edib. Putinlə danışmaq istəmədiyini vurğulayan Zelenski Ukraynanın çıxış yolunun əks-hücum olduğunu bildirib. O, həmçinin Ukraynanın Krım sərhədinə çatdığı təqdirdə Rusiya daxilində Putinə dəstəyin azalacağını iddia edib.

 

Qeyd edək ki, Ukraynanın əks-hücumunun nə vaxt baş verəcəyi ilə bağlı suala isə Zelenski: “Qısa müddətdə mühüm addımlar atılacaq. Biz böyük əzmlə hazırlaşırıq. Zamanla bağlı dəqiq tarix açıqlaya bilmərəm, ancaq biz qələbəyə inanırıq”, – deyə cavab verib.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı