Hadisə

Şəmkirdə oğurluq və dələduzluq edən şəxslər saxlanılıb – FOTO

12 may / 09:05 1 dəq
645dc00550394645dc005503951683865605645dc00550392645dc00550393
12 may / 09:05
Burada sizin reklamınız ola bilər

əmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazadan oğurluq etməkdə şübhəli bilinən, avara və dilənçiliklə məşğul olan şəxslər saxlanılıb.

“Qərb Xəbər” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Araşdırmalar zamanı məlum olub ki, Yevlax şəhər sakinləri Mahmud Nadirov, Nəriman Nadirov, Ofeylya Nadirova və Südabə Əliyeva inşaat mağazasında satıcının diqqətini yayındırmaqla elektrik naqillərini oğurlayıblar. Hazırda M. Nadirov və S. Əliyevanın yerinin müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir.

Bundan başqa şöbə əməkdaşlarının keçirdikləri digər tədbirlər nəticəsində Şəmkir və Ağstafa rayonlarında vətəndaşlardan pul xırdalamaq adı ilə dələduzluq etməkdə şübhəli bilinən Arzu Puşkaryov da saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

645dc00547808645dc005478091683865605645dc00547806645dc00547807645dc0053e52f645dc0053e5301683865605645dc0053e52d645dc0053e52e645dc0053156a645dc0053156b1683865605645dc00531568645dc00531569

Paylaş
Burada sizin reklamınız ola bilər