Dünya

Türkiyə, Rusiya və Ukrayna nümayəndələri İstanbulda uğurlu nəticələr əldə ediblər

11 may / 16:11 1 dəq
F7d358d5 06e1 35e7 b362 a3ad0aa9ffa7
11 may / 16:11
Burada sizin reklamınız ola bilər

Mayın 10-11-də İstanbulda Türkiyə, Rusiya və Ukrayna Müdafiə nazirliklərinin nümayəndələrinin iştirakı ilə davam edən müzakirələr uğurla nəticələnib.

“Qərb Xəbər” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, tərəflər Ukrayna limanlarında qalan Türkiyə gəmilərinin və ekipajlarının ölkəyə təhlükəsiz şəkildə qayıtması, təxliyə fəaliyyətinin planlaşdırılması və bu prosesin icrası ilə bağlı razılıq əldə ediblər. Həmçinin Ukrayna limanlarındakı digər ölkələrə məxsus gəmilərin gələcəkdə təxliyəsi ilə bağlı fikir mübadiləsi aparılıb. “Taxıl sazişi”inə dair də müsbət nəticələr əldə olunub. Tərəflər “Taxıl sazişi”nin icrasının davam etdirilməsi haqqında müzakirələrin gələcəkdə də davam etdirilməsinə razılıq veriblər.

Paylaş
Burada sizin reklamınız ola bilər