Zurabişvili: “Totalitarizm məğlub edilməyənədək, bütün işğal olunmuş ərazilər azad edilməyəcək”
“Totalitarizm məğlub olana qədər bütün işğal olunmuş ərazilər azad edilməyəcək, qələbə olmayacaq”.
“Qərb Xəbər” 24News.ge istinadən xəbər verir ki, bu sözləri Gürcüstan prezidenti Salome Zurabişvili “Avropa Günü” çərçivəsində Tbilisidə keçirilən tədbirdə çıxışı zamanı deyib.
Prezident çıxışında bildirib ki, Gürcüstanın gələcəyi avropadadır:
“Avropa sabitlik deməkdir. Kimlərinsə “ikinci cəbhə” kimi təmamilə anlaşılmaz açıqlamalarına baxmayaraq, bu belədir. Bizim sabitlik içərisində gələcəyimizi identliyimizi, dəyərlərimizi qorumaq onlarla birlikdədir.
Avropa yolumuzda müxtəlif mərhələlər olacaq, lakin bunları sona çatdırmalıyıq. Bizim bu şansımızı əldən buraxmamaq üçün hər kəsi məcbur etməliyik. Hazırda burada olanların bir çoxunun Avropada ailə üzvü var, Avropada olub, oxuyub və ya oxumaq, işləmək istəyir. Mənim böyük ümidim var ki, Avropanı bura gətirəcəyik. Avropaya getmək səbəbimiz olan qaydaları burada qəbul edək. Başqa yerdə axtardığımız həyat və iş standartı burada da olmalıdır.
Sovet dönəmində bizi Avropa ilə ayıran və divar rolu oynayan Qara dəniz indi bir körpüdür. Bu körpü nəinki Gürcüstana, həm də Avropaya çox şey gətirə bilər”.
Zurabişvilinin sözlərinə görə, Avropa totalitarizmin məğlubiyyətidir:
“Totalitarizmin məğlubiyyəti məhz Avropa deməkdir, totalitarizmin məğlubiyyəti məhz azadlıqdır. Dünyadakı sonuncu totalitarizm məğlub olana qədər, bütün işğal olunmuş ərazilər azad edilməyincə, yekun qələbə baş tutmayacaq.
Biz işğal olunmuş ərazilərimizin, abxaz və osetin əhalisinin yoluyuq, biz Avropaya, sülhə, azadlığa aparan yoluq. Mən sizə bütün bu azadlığı, avropalılığı məhz Gürcüstanda arzulayıram. Arzulayıram ki, avropalı olmaq üçün heç yerə getməyə ehtiyac qalmasın”, – deyə Salome Zurabişvili vurğulayıb.



