Hadisə

Şəmkir sakini intihar edib

8 may / 08:51 1 dəq
F04d1b6b 293c 4aa7 b564 6c3d7b21a603
8 may / 08:51
Burada sizin reklamınız ola bilər

Şəmkir rayonunun Qapanlı kəndində yerli sakinin ov tüfəngindən açılan atəş nəticəsində ölməsi barədə bəzi təfərrüatlar məlum olub.

“Qərb Xəbər”in məlumatına görə, Qapanlı kənd sakini, 1976-cı il təvəllüdlü Cəfər Həsən oğlu Camalov kəndin kənarında yerləşən əkin sahəsində ov tüfəngindən açılan atəş nəticəsində dünyasını dəyişib.

Onun intihar etdiyi bildirilir.

Qeyd edək ki, mərhum ailəli olub, nişanlı bir qızı və hərbi xidmətdən qayıdan bir oğlu var. Kənddə sakit və heç kimlə problemi olmayan biri kimi tanınıb. O, traktor sürücüsü olub. İntiharın hansı səbəbdən baş verdiyi isə hələ məlum deyil.

Faktla bağlı araşdırma davam etdirilir.

Paylaş
Burada sizin reklamınız ola bilər