Dünya

ECB uçot dərəcəsini 3,75 %-ə qaldırıb

4 may / 17:03 1 dəq
4a85bb9c 7061 36c6 8b78 833922d447b1
4 may / 17:03
Burada sizin reklamınız ola bilər

Avropa Mərkəzi Bankı (ECB) uçot dərəcəsini 25 baza bəndi artıraraq 3,75 %-ə çatdırıb.

“Qərb Xəbər” xəbər verir ki, bu barədə ECB-nin məlumatında deyilir.

“İdarəetmə Şurası ECB-nin üç əsas faiz dərəcəsini 25 baza bəndi artırması ilə bağlı qərar verib. 2023-cü il mayın 10-dan etibarən yenidən maliyyələşdirmə əməliyyatları üzrə faiz dərəcəsi, marjinal kredit xətti üzrə faiz dərəcəsi və depozitlər üzrə faiz dərəcəsi müvafiq olaraq 3,75 %, 4 % və 3,25 %-ə qədər artırılacaq”, – tənzimləyicinin bəyanatında qeyd edilib.

Paylaş
Burada sizin reklamınız ola bilər