Bölgə xəbərləri

Sərhəd-buraxılış məntəqəsində ermənilər belə yoxlanılır – Video

1 may / 11:28 2 dəq
WhatsApp Image 2023 05 01 at 01.18.18
1 may / 11:28
Burada sizin reklamınız ola bilər

Azərbaycan sərhədçiləri Laçın rayonu ərazisində, Laçın-Xankəndi yolunun başlanğıcında yaradılmış sərhəd-keçid məntəqəsindən keçən şəxslərin sənədlərini yoxlayır.

“Qərb Xəbər” bildirir ki, müvafiq görüntülər sosial mediada yayılıb.

Təqdim olunan kadrlardan göründüyü kimi, Azərbaycan sərhədçiləri yüksək peşəkarlıq nümayiş etdirirlər.

Qeyd edək ki, bir neçə gün əvvəl Dövlət Sərhəd Xidməti (DSX) Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulduğunu açıqlayıb. DSX məntəqənin üçtərəfli bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə yaradıldığını bəyan edib.

 

Paylaş
Burada sizin reklamınız ola bilər