Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Elm və Texnologiya

BDU ilə İsrailin ali təhsil müəssisələri arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

29 aprel / 09:06 2 dəq
0572294c aee2 35bb 8315 d20d9a0c5bfa
29 aprel / 09:06
Burada sizin reklamınız ola bilər

Bakı Dövlət Universiteti (BDU) ilə İsrailin ali təhsil müəssisələri arasında əməkdaşlıq perspektivləri müzakirə edilib.

Bu barədə  BDU-nun Mətbuat Xidmətindən məlumat verilib.

BDU-nun rektoru Elçin Babayev İsrailin Azərbaycandakı səfiri Corc Diklə görüşündə elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, İsrailin Holon Texnologiya İnstitutunun prezidenti Eduard Yakubov və nümayəndə heyəti də iştirak edib.

BDU rektoru Elçin Babayev qonaqları İsrailin müstəqilliyinin 75-ci ildönümü münasibətilə təbrik edib, yəhudilərin Azərbaycanda çoxəsrlik tarixə malik olduğunu, iki ölkə arasında münasibətlərin son illər daha da gücləndiyini deyib. 44 günlük Vətən müharibəsində İsrail Azərbaycanın haqlı mübarizəsini dəstəkləməklə xalqımızın qəlbində dərin məhəbbət qazanıb.

Rektor bildirib ki, ölkəmizin İsraildə səfirliyinin açılması strateji əməkdaşlığın yeni mərhələyə yüksəldiyini göstərir. Bu münasibətlərin daha da möhkəmlənməsində təhsil əlaqələri böyük önəm daşıyır. Elçin Babayev BDU-nun İsrailin ali məktəbləri ilə əməkdaşlıqda maraqlı olduğunu, Holon Texnologiya İnstitutu ilə ikili diplom proqramının uğurla həyata keçirildiyini, Şərqşünaslıq fakültəsində ibri dilinin tədris edildiyini diqqətə çatdırıb.

Corc Dik iki ölkə arasında müxtəlif istiqamətlərdə olan əməkdaşlığı, o cümlədən, təhsil və elm sahəsində əlaqələri yüksək dəyərləndirib. Bu əlaqələrin daha da genişlənəcəyinə ümid etdiyini deyib.

Görüşdə BDU ilə İsrailin ali təhsil müəssisələri arasında əlaqələrin perspektivləri müzakirə olunub.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı