İqtisadiyyat

Avropa ölkələri Ukraynadan taxıl idxalı məsələsində razılığa gələ bilməyib

26 aprel / 09:06 2 dəq
E62fe4c1 239f 3fb4 a23d 21a2825f07d8
26 aprel / 09:06
Burada sizin reklamınız ola bilər

Avropa Komissiyası və Avropa İttifaqının beş ölkəsinin nazirləri Ukrayna kənd təsərrüfatı məhsullarının idxalı məsələsində razılığa gələ bilməyiblər.

“Qərb Xəbər” bu barədə “RMF24″ə istinadən xəbər verir.

Polşa nəşrinin məlumatına görə, Avropa Komissiyasının rəhbərinin müavini Valdis Dombrovskis və kənd təsərrüfatı üzrə komissarı Yanuş Voyçexovski arasında Polşa, Rumıniya, Bolqarıstan, Slovakiya və Macarıstanın kənd təsərrüfatı nazirləri ilə danışıqların üçüncü raundu uğursuz başa çatıb.

Beş ölkə un, bal, şəkər və meyvə, yumurta, ət, o cümlədən quş əti, süd və süd məhsulları, alma konsentratının idxalına qadağa qoyulmasını tələb edib. Komissiyanın ilkin təklifi buğda, qarğıdalı və günəbaxan idxalının qarşısını almaq idi. Nəticədə Avropa Komissiyası Ukraynadan günəbaxan yağının idxalına qadağa qoymağa razılaşıb.

Texniki səviyyədə müzakirələr davam edir.

Qeyd edək ki, Bolqarıstan, Slovakiya, Macarıstan və Polşa Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalını birtərəfli qaydada qadağan etmək qərarına gəliblər. Bu, taxılın idxalının daxili bazarda qiymətlərə xeyli təsir etməsi ilə bağlıdır. Qərar yerli fermerlərin narazılığına səbəb olub.

Paylaş
Burada sizin reklamınız ola bilər