Dünya

Lavrov Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının iclaslarında iştirak edir

24 aprel / 09:50 1 dəq
Sergey lavrov
24 aprel / 09:50
Burada sizin reklamınız ola bilər

Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 24 və 25-də BMT Təhlükəsizlik Şurasının iclaslarında iştirak edəcəyi Nyu-Yorka səfər edib.

“Qərb Xəbər” TASS agentliyinə istinadən verdiyi məlumata görə, tədbirlər bu ay Rusiyanın Təhlükəsizlik Şurasında sədrliyi çərçivəsində keçiriləcək.

 

Lavrovun bazar ertəsi BMT-nin baş katibi Antonio Quterreşlə görüşü gözlənilir. Bundan əvvəl Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirmişdi ki, Rusiyanın müzakirə üçün çoxlu mövzuları var. Əsas məsələlərdən biri taxıl sövdələşməsi ətrafında vəziyyət olacaq: Moskva Rusiya taxılının və gübrələrinin ixracına maneələrin aradan qaldırılmasında irəliləyişin olmamasından narahatdır. Hazırkı vəziyyət müqavilənin uzadılması ehtimalını təhlükə altına qoyur.
Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı