Tovuzda yaşayış evində partlayış baş verib
Tovuzda partlayış zamanı yanıq xəsarəti alan şəxs Bakıdakı xəstəxanaların birinə köçürülüb.
Tovuz rayon İbrahimhacılı kəndində evdə baş vermiş partlayış nəticəsində xəsarət alan 1975-ci il təvəllüdlü İlqar Rüstəmov öncə Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Ona orada ilkin tibbi yardım göstərilib və daha sonra vəziyyəti nəzərə alınaraq Bakı şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.




