Dünya

ABŞ Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb

20 aprel / 09:02 1 dəq
Indir 2023 04 20T090142.175
20 aprel / 09:02
Burada sizin reklamınız ola bilər

ABŞ Ukraynaya növbəti 325 milyon dollarlıq hərbi yardım paketini açıqlayıb.

“Qərb Xəbər” xəbər verir ki, bu barədə Ağ ev və ABŞ Müdafiə Nazirliyinin məlumatlarında bildirilib.

ABŞ-nin yeni yardım paketinə əlavə HIMARS döyüş sursatları, 155 mm və 105 mm-lik artilleriya mərmiləri, tankəleyhinə idarə olunan TOW raketləri, AT-4 tankəleyhinə sistemlər, tankəleyhinə minalar və maneələri aradan qaldırmaq üçün dağıdıcı sursatlar daxildir.

Bundan əlavə, yardıma doqquz milyondan çox atıcı silah sursatı, dörd ədəd maddi-texniki təminat avtomobili, yüksəkdəqiqlikli aviasiya hərbi sursatları, nəqliyyat vasitələrinə texniki xidmət və təmir üçün sınaq və diaqnostika avadanlığı, liman təhlükəsizliyi avadanlığı, ehtiyat hissələri və digər sahə avadanlığı daxildir.

Hərbi yardım paketi Prezidentin Silahların Azaldılması Təşəbbüsünün bir hissəsidir və ABŞ liderinə fövqəladə hallarda amerikan ehtiyatlarından silah ötürməyə imkan verir.

Paylaş
Burada sizin reklamınız ola bilər