Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
QHT Xəbər

Bərdədə “Əl-ələ daha güclü” layihəsi başlayıb

22 iyul / 00:44 2 dəq
IMG 20190722 WA0000
22 iyul / 00:44
Burada sizin reklamınız ola bilər

Bərdə şəhərində “Əl – ələ daha güclü” (“Stronger hand by hand”) layihəsinin ilk təlimi baş tutub.

“Bölgənin Səsi” saytının məlumatına görə, təlimdə Bərdə və Bərdənin kəndlərindən ümumilikdə 15 nəfər qadın iştirak edib. 

Təlimçi Sərdar Zeynalov Aktiv Vətəndaşlıq mövzusunda iştirakçıları məlumatlandırıb və qrup işləri edərək, iştirakçıların mövzunu praktik cəhətdən öyrənməsini təmin edib.

Layihə rəhbərinin verdiyi məlumata görə, ümumilikdə layihə çərçivəsində 6 mövzu üzrə təlimlər keçiriləcək və yekunda iştirakçılar irəli sürdükləri layihə ideyalarını reallaşdırma imkanı əldə edəcəklər. Bu ilin oktyabrında başa çatması planlaşdırılan layihənin yekununda iştirakçılar sertifikatlandırılacaq. Əhatə olunan mövzular – Aktiv Vətəndaşlıq, Emosional Zəka, Liderlik, Gender bərabərliyi, Qadınlar və İKT bacarıqları, və Layihənin yazılması və idarə olunması – peşəkar təlimçilər tərəfindən keçiriləcək.

3 ay davam edəcək layihədə əsas məqsəd, gender stereotiplərini aradan qaldırmaqla qadın hüquqlarını müdafiə etmək, gənc qadınların özlərinə inam hissini formalaşdırmaqla onların liderlik bacarıqlarını ortaya çıxarmaq və inkişaf etdirmək, eyni zamanda, qərarvermə prosesində qadın iştirakçılığına nail olmaq üçün iştirakçıları motivasiya etməkdir.

Qeyd edək ki, layihə Avropa Birliyinin maliyyə dəstəyi ilə Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyətinin Təsisi Proqramı çərçivəsində həyata keçirilir.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı