Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

“Turan Tovuz”un futbolçusu: “Bəlkə də bizdən çox şey gözləyirlər”

17 aprel / 15:43 3 dəq
Futbol turan
17 aprel / 15:43
Burada sizin reklamınız ola bilər

“Bəlkə də bizdən çox şey gözləyirlər”.

“Qərb Xəbər”№ bildirir ki, bunu “Report”a açıqlamasında “Turan Tovuz”un futbolçusu Şəhriyar Əliyev ardıcıl yeddi tur qələbə qazana bilməmələri barədə danışarkən deyib.

31 yaşlı müdafiəçi qara zolaqda olmadıqlarını söyləyib: “Bu müddət ərzində heç-heçələr də əldə etdimişik. Hazırda çempionatın sonudur, yorğunluq da olur. Bəlkə də bir qələbə bizə kömək edəcək. Bunun üçün motivasiyamız da var. Qarşıda bizi kubok matçı gözləyir. Bu turnirdə də yolumuza davam edirik. Komandada psixoloji problem də yoxdur Yaxşı hazırlaşıb qələbələr qazanmağa çalışacağıq”.

Əliyev XXX turda “Kəpəz”ə 0:1 hesabı ilə uduzduqları qarşılaşma barədə də danışıb: “Görüşə yaxşı hazırlaşmışdıq. Rəqibi analiz etmişdik. Əks-hücumlarda çox yaxşı oynayan, sürətli futbolçularının olduğunu bilirdik. Onların qarşısını almağa çalışırdıq. “Kəpəz” elə əks-hücumda fərqləndi. Sonradan hesabı bərabərləşdirmək istədik, şanslarımız da oldu, amma alınmadı. Bu qarşılaşmanı analiz edib növbəti oyunlara hazırlaşmağa çalışacağıq”.

Təcrübəli oyunçu komandadan narazı olan azarkeşlər haqqında da fikirlərini bölüşüb: “Bizi dəstəkləyən fanatlara təşəkkür edirəm. Hər zaman yanımızdadırlar, dəstəklərini hiss edirik. Elə tərəfdarlar da var ki, tənqid edirlər. Amma çox az bir müddətdə, bir ayda yığılan kollektivik. Burada olan futbolçular – hər kəs əlindən gələni edir ki, nəticələrimiz yaxşı olsun”.

Müdafiəçi baş məşqçi məşqçi Ayxan Abbasova qarşı kampaniya olması iddialarına da aydınlıq gətirib: “Kampaniya olduğunu deyə bilmərəm. Sözün açığı, belə şeylərə fikir vermirik. Əgər fikir versək, oyunumuza daha çox təsir göstərəcək. Əl-ələ verib qələbələr qazanaraq bu dönəmdən çıxmaq niyyətindəyik. Məncə, futbolçular, məşqçilər, rəhbərlik – hamımız bir yumruq kimi birləşib bu vəziyyətdən çıxacağıq”.

Əliyev Azərbaycan Kubokunun 1/4 finalında üz-üzə gələcəkləri “Neftçi” ilə qarşılaşmaya da toxunub: “Çempionatda “Sabah”la matçdan əvvəl “Neftçi”ni qəbul edəcəyik. Hər iki oyun ağır keçəcək. “Sabah” da yaxşı komandadır, dünən “Qarabağ”la oyununa da baxdıq. “Neftçi” də çempionatımızda yaxşı çıxış edən komandalardan biridir. Səfərə yaxşı nəticə ilə yollanmağa çalışacağıq. Təxminən 10 gün ərzində 4 oyun keçirəcəyik. Azarkeşlərimizi sevindirməyə çalışacağıq”.

Qeyd edək ki, aprelin 19-da keçiriləcək “Turan Tovuz” – “Neftçi” qarşılaşması saat 16:00-da başlayacaq.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı