Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Kateqoriyasız

“Qarabağ” yenidən “Partizani” ilə qarşılaşa bilər

20 iyul / 12:56 2 dəq
2c3d385a c1b9 4b5a 9d56 85a787644bd0
20 iyul / 12:56
Burada sizin reklamınız ola bilər

Azərbaycanı UEFA Çempionlar Liqasında (ÇL) təmsil edən “Qarabağ” yenidən Albaniyanın “Partizani” komandası ilə qarşılaşa bilər.

Tirana təmsilçisi Ağdam klubunun Avropa Liqasının III təsnifat mərhələsində 11 potensial rəqibindən biridir. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv ÇL-in II raundunda İrlandiya “Dandolk”unu mübarizədə kənarlaşdıra bilməsə, Avropa Liqasının püşkatmasında səpələnmişlər səbətində yer alacaq.

Beləliklə, “Qarabağ”ın “Partizani” (Albaniya) / “Şerif” (Moldova), “Slovan” (Slovakiya) / “Feronikeli” (Kosovo), “Santo Koloma” (Andorra) / “Astana” (Qazaxıstan) və “Şkendiya” (Makedoniya) / “Düdelanj” (Lüksemburq”) cütlərinin qalibi, eləcə də “Sarayevo” ilə düşməsi mümkündür.

ÇL və Avropa Liqasının III təsnifat mərhələsinin püşkatması iyulun 22-də keçiriləcək.

Qeyd edək ki, “Qarabağ” ÇL-də “Dandolk” səddini keçəcəyi təqdirdə, “Kopenhagen” (Danimarka) / TNS (Uels), “Seltik” (Şotlandiya) / “Nımme Kalyu” (Estoniya), “Dinamo” (Zaqreb, Xorvatiya) / “Saburtalo” (Gürcüstan), BATE (Borisov, Belarus) / “Rusenborq” (Norveç) və “Sutyeska” (Monteneqro) / APOEL (Kipr) cütlərinin qalibi, həmçinin “Ayaks”la üzləşmə bilər.

“Qarabağ” “Dandolk”la iyulun 24-də səfərdə, 31-də isə evdə qarşılaşacaq. Ağdam təmsilçisi II təsnifat mərhələsində “Partizani”dən güclü olub (0:0, 2:0).

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı