Bölgə xəbərləri

Səməd Seyidov: “Ermənistan danışıqlar prosesinə də bu cür yanaşır”

15 aprel / 12:18 1 dəq
1666078480 semed seyidov
15 aprel / 12:18
Burada sizin reklamınız ola bilər

“Ermənistanda keçirilən Ağır Atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılmasını qətiyyətlə pisləyirik”.

Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov tviterdə yazıb.

O bildirib ki, Ermənistan təhlükəsizliyinin təmin olunması üçün vəd versə də, mənfur hərəkətin qarşısının alınması üçün heç bir addım almayıb:

“Ermənistan danışıqlar prosesinə də bu cür yanaşır, söz verir, amma əməl etmir”.

Qeyd edək ki, dünən, aprelin 14-də ağır Ermənistanda atletika üzrə Avropa çempionatının açılış mərasimində bayraqların paradı olub. Azərbaycan bayrağı zala gətirildikdən sonra təşkilatçılardan biri, dizayner Aram Nikolyan biri səhnəyə qaçaraq qızın əlindən milli simvolumuzu götürərək yandırıb.

Paylaş
Burada sizin reklamınız ola bilər