Dünya

Ermənistan Sərhəd Qoşunlarının komandanı vəzifəsindən azad edilib

13 aprel / 08:44 1 dəq
4a04975a 10f6 3267 9b25 c7a233d80638
13 aprel / 08:44
Burada sizin reklamınız ola bilər

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının komandanı, polkovnik Arman Maralçyan tutduğu vəzifədən azad edilib.

“Qərb Xəbər” xəbər verir ki, bu barədə sərəncam Ermənistan Prezidentinin saytında dərc olunub.

Maralçyanın istefa təklifi baş nazir Nikol Paşinyandan gəlib. Prezident Vaaqn Xaçaturyan bunu qəbul edib və müvafiq fərman imzalayıb.

Qeyd edək ki, Maralçyan 2020-ci il oktyabrın 26-da Ermənistan MTN-nin Sərhəd Qoşunlarının komandanı təyin edilib.

Paylaş
Burada sizin reklamınız ola bilər