Dünya

Türkiyənin ilk milli peyki aprelin 11-də orbitə buraxılacaq

10 aprel / 09:14 1 dəq
469de186 5145 3f2e 80a0 21835b9104c2
10 aprel / 09:14
Burada sizin reklamınız ola bilər

Türkiyənin ilk müşahidə peyki “İMECE” aprelin 11-də kosmosda orbitə buraxılacaq.

“Qərb Xəbər” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviterdə yazıb.

“Yerli və milli vasitələrlə istehsal edilən ilk yüksək ayırdetmə qabiliyyətinə malik müşahidə peykimiz olan “İMECE” aprelin 11-də orbitə buraxılacaq.

Təlim keçmiş insan resurslarımız, təqdim etdiyimiz imkanlar və inkişaf etdirdiyimiz texnologiyalar sayəsində biz qlobal kosmik yarışda mövcud olmağa davam edəcəyik”, – Türkiyə dövlət başçısı qeyd edib.

Paylaş
Burada sizin reklamınız ola bilər