Şəmkirdə kişi qonşusu olan qadını öldürüb
Şəmkirdə 37 yaşlı kişi qonşusu olan qadını öldürüb.
Bu barədə “Qərb Xəbər”ə Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət peşəkar istintaq-əməliyyat qrupu tərəfindən keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində 1986-cı il təvəllüdlü Fariz Cəlilovun cari il fevralın 19-u axşam saatlarında Şəmkir rayonunun Zəyəm Cırdaxan kəndində qonşusu Əntiqə Məmmədova ilə sonuncunun yaşadığı evdə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı bıçaqla və bərk-küt əşya ilə Əntiqə Məmmədovaya bədən xəsarətləri yetirməklə onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Fariz Cəlilova Cinayət Məcəlləsinin 120.1-ci (qəsədn adam öldürmə) maddəsilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.
Hazırda ibtidai istintaq davam etdirilir.




