Bölgə xəbərləri

İran səfirliyinin “persona-non-qrata” elan edilən əməkdaşları Azərbaycanı tərk edib

7 aprel / 16:14 1 dəq
3d,Illustration,Of,Flag,Background,,Iran,And,Azerbaijan,Relationship,In
7 aprel / 16:14
Burada sizin reklamınız ola bilər

Azərbaycan hökuməti tərəfindən “persona-non-qrata” (arzuolunmaz şəxs) elan olunan İran səfirliyinin əməkdaşları Azərbaycanı tərk edib.

“Qərb Xəbər” “Repor”a istinadən bildirir ki, diplomatlar Biləsuvar gömrük-sərhəd buraxılış məntəqəsindən keçərək İrana daxil olublar.

Bununla da İranın Azərbaycandakı səfirliyinin əməkdaşları – Mirmahdi Mirsalampur Şərif, Qurbanəli Purmərcan Varcovi, Hadı Moğadam və Əsgər Bahari Xoş Mənzərin Azərbaycandan çıxarılması işləri başa çatıb.

Qeyd edək ki, aprelin 6-da İranın Azərbaycandakı səfirliyinin 4 əməkdaşı “persona- non-qrata” elan olunub. Onların ölkəni tərk etməsi üçün 48 saat vaxt verilib.

Paylaş
Burada sizin reklamınız ola bilər