Ağstafa

Azərbaycanda aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların siyahısı dəyişib

1 aprel / 10:08 1 dəq
Fb156f58 724c 3f4a 9ad8 5949b483454a
1 aprel / 10:08
Burada sizin reklamınız ola bilər

Kənd Təsərrüfatı Nazirliyinin kollegiyası “Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı”nda dəyişiklik edib.

“Qərb Xəbər” xəbər verir ki, bununla bağlı kənd təsərrüfatı naziri İnam Kərimov yeni qərar imzalayıb.

Dəyişikliyə əsasən, aqrar sahədə güzəşt tətbiq edilən texnika və texnoloji avadanlıqlardan “kotan” “dönər kotan”la əvəzlənib.

Bu qərar bu il oktyabrın 1-dən qüvvəyə minəcək. Qərarın icrasına nəzarət kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimovaya tapşırılıb.

Nazirliyin Hüquq və İcra İntizamı şöbəsinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.

Paylaş
Burada sizin reklamınız ola bilər