Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Tovuz

Premyer Liqa: IV dövrənin ilk oyununda 5 qol vurulub

31 mart / 17:43 3 dəq
Indir 2023 03 31T174319.818
31 mart / 17:43
Burada sizin reklamınız ola bilər

“Qərb Xəbər”in məlumatına görə, XXVIII turun ilk oyun günündə bir görüş keçirilib.

Turnir cədvəlinin ikinci “beşliy”ində qərarlaşan “Turan Tovuz”la “Sumqayıt” üz-üzə gəliblər. Tovuz şəhər stadionundakı qarşılaşma məhsuldar alınıb.

Matçda hesabı 7-ci dəqiqədə meydan sahibləri açıblar. Natan Oduva fərqlənib. Cəmi 4 dəqiqə sonra Kamran Əliyev bərabərlik qolunu vurub. 33-cü dəqiqədə qərblilər yenidən önə keçiblər. Bu dəfə komandanın ən sərrast oyunçusu Runi Eva toru silkələyib.

Ancaq “gənclik şəhəri” təmsilçisi geridönüş etməyə müvəffəq olub. Əvvəlcə 58-ci dəqiqədə Dieqo Karioka penaltini dəqiq yerinə yetirib. Qarşılaşmada son nöqtəni isə 68-cü dəqiqədə Kamran Əliyev qoyub. “Sumqayıt”ın qış fasiləsində heyətində cəlb etdiyi yarımmüdafiəçi dubla imza ataraq, komandasına 3:2 hesablı səfər qələbəsi qazandırıb. 90+4-cü dəqiqədə qonaqların kapitanı Vüqar Mustafayevin qırmızı vərəqə alaraq, meydandan qovulması da nəticəyə təsir göstərməyib.

Qalibiyyət sayəsində xallarının sayını 24-ə çatdıran “Sumqayıt” turnir cədvəlində yeddinci pilləyə yüksəlib. Altıncı sıradakı “Turan Tovuz” isə 28 xalda qalıb.

“Turan Tovuz”: 85. Kamal Bayramov (k), 4. Şəhriyar Əliyev, 39. Sadiq Quliyev, 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 8. Şakir Seyidov, 30. Piruzi Marakvelidze, 17. Natan Oduva, 25. Denis Marandiçi, 19. Runi Eva, 9. Belajdi Pusi

Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 77. Cavid Tağıyev, 7. Ehtiram Şahverdiyev, 6. Turan Vəlizadə, 88. Faiq Hacıyev, 15. Vüsal Məsimov, 23. Okebuqvu Henri, 11. Ayxan Quseynov

Baş məşqçi: Ayxan Abbasov

“Sumqayıt”: 25. İlnur Valiev, 3. Vurğun Hüseynov (k), 6. Vüqar Mustafayev, 10. Vüsal İsgəndərli, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 5. Stiven Pereyra, 22. Dieqo Karioka, 23. Kamran Əliyev, 12. Todor Todoroski, 71. Masaki Murata

Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 32. Murad Ağamalıyev, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 9. Karim Abubakar, 37. Alya Ture

Baş məşqçi: Samir Abasov

Qeyd edək ki, turun “Kəpəz” – “Səbail” və “Zirə” – “Neftçi” oyunları aprelin 1-də, “Şamaxı” – “Qarabağ” və “Sabah” – “Qəbələ” görüşləri isə aprelin 2-də keçiriləcək.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı