Bölgə xəbərləri

Gürcüstanda azərbaycanlılar arasında təbii artım çoxalıb – Rəsmi

31 mart / 12:42 1 dəq
əhaliiiiiii
31 mart / 12:42
Burada sizin reklamınız ola bilər

2022-ci ildə Gürcüstanda yeni doğulanların sayı illik müqayisədə 7,9% azalaraq 42 min 319 nəfər təşkil edib.

“Qərb Xəbər” bildirir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Gürcüstanda ötən il ərzində ölənlərin sayı illik ifadədə 18% azalaraq 49 min 118 nəfər təşkil edib. Ümumilikdə, 2022-ci ildə Gürcüstanda mənfi təbii artım qeydə alınıb (-6 799).

Hesabat dövründə Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Kvemo Kartli bölgəsində isə təbii artım qeydə alınıb. Ötən il Kvemo Kartlidə yeni doğulanların sayı 5 min 74 nəfər, ölənlərin sayı isə 4 min 528 nəfər təşkil edib.

Statistikaya əsasən 2022-ci ildə Gürcüstada körpə ölüm nisbəti hər 1000 nəfərə 7,6 nəfər, 5 yaş altı ölüm nisbəti isə hər min nəfərə 9,2 nəfər təşkil edib.

Aktual.ge

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı