Kateqoriyasız

“Qarabağ” legioner futbolçusu ilə vidalaşıb

16 iyul / 15:10 1 dəq
0a03693f 975d 4a76 b8b6 a104f9840764
16 iyul / 15:10
Burada sizin reklamınız ola bilər

“Qarabağ” futbolçusu Donald Gerye ilə yollarını ayırıb.

Klubun saytı xəbər verir ki, haitili cinah oyunçusu razılaşdırılmış vaxtda Ağdam təmsilçisinin düşərgəsinə qayıtmayıb. O, təlim-məşq toplanışı ilə yanaşı Çempionlar Liqasının I təsnifat mərhələsində “Partizani” ilə ilk matçda iştirak etməyib.

Bu səbəbdən də legioner futbolçu müqavilənin müddətinin uzadılmamasına qərar verilib.

Qeyd edək ki, Gerye 2017-ci ilin yayından “Qarabağ”da çıxış edirdi.

Paylaş
Burada sizin reklamınız ola bilər