Bölgə xəbərləri

Gürcüstanda güclü qasırğa nəticəsində bir nəfər öldü 3 nəfər isə xəsarət aldı

29 mart / 10:25 1 dəq
265580209 0 146 1280 866 1920x0 80 0 0 6d0daceb4123cc1a740260d2e9774ecc
29 mart / 10:25
Burada sizin reklamınız ola bilər

Gürcüstanın qərbindəki Acarıstan Muxtar Respublikasının Kobuleti kurort şəhərində qasırğalı küləklər nəticəsində azı bir nəfər ölüb.

Məlumata görə, külək ağacı içərisində sürücü olan maşının üzərinə aşırıb. Hadisə yerinə gələn xilasedicilər və təcili tibbi yardım kişinin öldüyünü aşkarlayıb.

Güclü külək Acarıstanın daha bir kurort şəhərində – Batumidə problemlər yaradıb. Sürəti 30 m/s-ə çatan külək evlərin dam örtüyünü qoparıb, ağacları qırıb. Batumidə küləyin evkalipt ağaclarını yıxması səbəbindən Fridon Xalvaşi prospekti ilə nəqliyyatın hərəkəti dayandırılıb.

Külək 2024-cü il Avropa çempionatının seçmə turnirində Gürcüstan və Norveçin futbol komandalarının çıxış etdiyi Batumi stadionunun dayanacağındakı hasarları da uçurub. Bir neçə avtomobilə ziyan dəyib.

Paylaş
Burada sizin reklamınız ola bilər