Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Politoloq: “Azərbaycan Ordusunun son əməliyyatı göstərdi ki, ora-bura vurnuxmaq lazım deyil”

27 mart / 14:39 2 dəq
1600668980 azerbaycan ordusu
27 mart / 14:39
Burada sizin reklamınız ola bilər
“Azərbaycanın keçirdiyi əməliyyatlar sülh daışıqları prosesinə mənfi təsir göstərməyəcək. Əksinə, müəyyən dairələrə ümid bəsləyən ermənilər bundan sonra başa düşəcəklər ki, Azərbaycanın beynəlxalq hüquq normalarına uyğun qanuni istəklərinə müqavimət göstərdikcə, vəziyyətləri daha da pisləşəcək”.
“Qərb Xəbər” bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli Azərbaycan Ordusunun Qarabağda həyata keçirməyə məcbur olduğu lokal zəruri tədbirin sülh danışıqlarına təsirini dəyərləndirərkən deyib.
Politoloq bildirib ki, ermənilər Azərbaycanla dil taparaq, inteqrasiya olunmasa, xoşagəlməz nəticələr yarana bilər:

“Ağıllı fikirləşən, bölgədə dayanıqlı sülhün bərqərar olmasında maraqlı olan qüvvələr Azərbaycanın öz ərazisində keçirdiyi lokal əməliyyata hər hansı bir don geyindirməyə çalışmamalıdır. Çünki burada söhbət Azərbaycanın suverenliyi və ərazi bütövlüyündən gedir. Bununla bağlı hər hansı yozmalar beynəlxalq hüquq normalarına zidd olduğundan Azərbaycan tərəfindən rədd edilib.
Azərbaycan Ordusunun son əməliyyatı göstərdi ki, ora-bura vurnuxmaq yox, diqqəti bölgədə sülh yaratmağa yönəltmək lazımdır. Ərazimizdəki erməni milli azlığı Azərbaycan siyasi rəhbərliyilə dil taparaq, cəmiyyətimizə inteqrasiya xəttinə başlamalıdır. Əks təqdirdə, ermənilər üçün xoşagəlməz nəticələr yarana bilər”.
Qeyd edək ki, martın 25-də Azərbaycan Ordusu sülhməramlıların müvəqqəti nəzarət zonası olan ərazilərimizdə daha bir qanunsuzluğun qarşısını alıb. Belə ki, Ordumuz tərəfindən lokal zəruri nəzarət tədbirləri görülüb və Xankəndi- Xəlfəli-Turşsu və bu marşrutdan şimalda keçən Xankəndi-Kosalar-Mirzələr-Turşsu yolları nəzarətə götürülüb.
Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı