Bölgə xəbərləri

NATO: “Rusiyanın nüvə ritorikası təhlükəli və məsuliyyətsiz yanaşmadır”

27 mart / 10:56 1 dəq
C9db8a3b 40c4 3ce1 ad5b 6783d71b7b75
27 mart / 10:56
Burada sizin reklamınız ola bilər

“Rusiyanı təhlükəli və məsuliyyətsiz nüvə ritorikasına görə tənqid edirik”.

Bu barədə NATO-nun sözçüsü Oana Lunqesku deyib.

O bildirib ki, Alyans vəziyyəti diqqətlə izləyir: “NATO müttəfiqləri öz beynəlxalq öhdəliklərinə tam hörmətlə yanaşırlar. Rusiya isə bu yaxınlarda Yeni START Müqaviləsində iştirakını dayandırdırdıqdan sonra silahlara nəzarət üzrə öhdəliklərini daim pozur”.

Xatırladaq ki, V.Putin “Rossiya-24” telekanalına müsahibəsində Rusiyanın Belarusda taktiki nüvə silahları yerləşdirəcəyini açıqlayıb.

InterPress.ge

Paylaş
Burada sizin reklamınız ola bilər