Ağstafa

Novruz bayramı ilə əlaqədar Bakı-Ağstafa marşrutu üzrə qatar reyslərinin sayı intensivləşdirilir

15 mart / 13:21 1 dəq
7c376 qatar
15 mart / 13:21
Burada sizin reklamınız ola bilər

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Novruz bayramı ilə əlaqədar Bakı-Ağstafa marşrutu üzrə artmaqda olan sərnişin tələbatını qarşılamaq məqsədilə 20 mart tarixinə əlavə reys təyin edir.

“Qərb Xəbər” quruma istinadən xəbər verir ki, həmin tarixdə Bakı Dəmiryol Vağzalından saat 08:25-də yola düşən qatar mənzil başına saat 13:20-də çatacaq.

Ənənəvi qrafik üzrə isə hər gün saat 08:45-də Bakıdan Ağstafaya yola düşən qatar saat 13:40-da təyinat nöqtəsinə çatacaq.

Paylaş
Burada sizin reklamınız ola bilər