Sosial

Müəllim olmaq istəyən kişilərin sayı artıb

12 iyul / 12:33 1 dəq
6c62286b f466 4bd7 b347 747035ba5937
12 iyul / 12:33
Burada sizin reklamınız ola bilər

“Azərbaycanın təhsil sistemində, məktəblərdə qadınlar üstünlük təşkil edir”.

Bunu Təhsil naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, təhsil sistemində çalışan kişilərlə qadınların nisbətinin qısa müddət ərzində bərabərləşəcəyini gözləmək düzgün olmaz: “Biz kişilərin də müəllimlik peşəsinə olan maraqlarını müşahidə edirik. Son illər müəllim olmaq istəyən kişilərin sayında da artım var. Biz bunu böyük məmnunluq hissi ilə qarşılayırıq. Təbii ki, hər zaman balansın qorunması vacib məsələlərdən biridir”.

Paylaş
Burada sizin reklamınız ola bilər