Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Rus komandan Volkovun istefaya çağırılması oyundur – Politoloq

7 mart / 16:16 2 dəq
Volkov
7 mart / 16:16
Burada sizin reklamınız ola bilər
“Ermənilərin aksiyalarda Andrey Volkovun istefasını tələb etməsi oyundur”.
“Qərb Xəbər” Qaynarinfo-ya istinadən bildirir ki, bunu politoloq Natiq Miri Qarabağdakı ermənilərin rus sülhməramlılarının komandanı Andrey Volkovun istefası tələbilə etiraz aksiyası keçirmək niyyətinin arxasında hansı məqsədlərin dayandığına aydınlıq gətirərkən deyib. Politoloq bildirib ki, ermənilər bununla Rusiyaya təzyiq etməyə çalışırlar:
“Burada təəccüblü bir şey yoxdur. Çünki İrəvan və Xankəndində oturanların düşüncəsi ondan ibarətdir ki, rus qoşunları mütləq mənada Qarabağdakı erməniləri qorumalı və hər hansı bir hadisə konteksində erməni tərəfindən Azərbaycan ordusuna qarşı döyüşməlidir. Ancaq bu istəklərini səhnədə görmədikləri üçün sülhməramlıların komandanı Volkov səviyyəsində Rusiyaya təzyiq etməyə çalışırlar. Ermənistanda bu sayaq təbliğatın başqa bir tərəfi də var. Əsas hədəf Rusiyanı nüfuzdan salmaqla təcridən Moskvanın orbitindən çıxıb, Qərbə inteqrasiyanı gücləndirməyə nail olmaqdır. Bu, dövlət siyasətidir”.
Ekspertə görə, ermənilər belə aksiyalarla bir tərəfdən Rusiyaya təzyiq etməklə bu ölkəni Azərbaycana qarşı qoymaq, digər tərəfdən də həmin avantüra alınmadığı təqdirdə Moskvanı nüfuzdan salmağı əsas götürüblər:
“Əsas məqsədləri budur. Hər iki halda Ermənistan uduşlu vəziyyətdə qalır. Rusiyada da bunu gözəl  anlayırlar”.
Qeyd edək ki, erməni mətbuatının yazdığına görə, Qarabağdakı ictimai sektor nümayəndələri yaxın vaxtlarda Rusiya sülhməramlıların təlim mərkəzinin qarşısında onların komandiri Andrey Volkovun istefası tələbi ilə etiraz aksiyaları keçirəcəklər.
Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı