Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Azərbaycan Qarabağdakı separatçıların qarşısında son şərtini irəli sürüb

7 mart / 11:29 2 dəq
Xankendi yenii
7 mart / 11:29
Burada sizin reklamınız ola bilər

Azərbaycan Qarabağdakı separatçıların qarşısında son şərtini irəli sürüb: ya inteqrasiya siyasətini qəbul edəcəklər, ya da daha sərt və kəskin addımlarla üzləşəcəklər;

“Qərb Xəbər” bildirir ki, bunu separatçıların “başçısı” Araik Arutyunyan qondarma “təhlükəsizlik şurasının” iclasında çıxışı zamanı etiraf edib. Bildirib ki, Bakı bu tələbi martın 1-də Xocalıda keçirilən görüşdən sonra irəli sürüb.

Buradan bəlli olur ki, rəsmi Bakı Qarabağ iqtisadi rayonunda Azərbaycan qanunlarına uyğun idarəçiliyin bərpası istiqamətində fəaliyyətini davam etdirir.

Lakin Araik Bakının tələbini qəbul etmədiklərini, qəbul etməyəcəklərini, “müstəqillik” iddialarından əlk çəkməyəcəklərini bəyan edib.

Beləliklə, proseslərin bundan sonrakı inkişafına dair təxminlər ortaya çıxır:

– Laçın yolunda aksiya davam edəcək;

– Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin qurulması istiqamətində praktiki addımlar atılacaq;

– Qanunsuz erməni silahlı dəstələrin Qarabağdan çıxarılması və bölgənin silahsızlaşdırılması həyata keçiriləcək;

– Ermənilərin qaz, işıq kimi kommunal təchizatlarında problemlər davam edəcək;

Separatçıların buna nə qədər dözə biləcəyi də sual altındadır. Çünki Laçın yolunda aksiyanın başlanmasından sonra Qarabağdakı erməni əhalisi arasında Azərbaycana inteqrasiya tərəfdarları artıb. Araik Arutyunyan çıxışında da etiraf edir ki, inteqrasiya istəyənlər var. Gözləniləndir ki, problemlərin daha da kəskinləşməsi erməni əhalisinin separatçılarına əleyhinə çıxmasını sürətləndirəcək.

Axar.az

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı