Bölgə xəbərləri

Gürcüstan parlamentində dava düşüb

7 mart / 10:43 1 dəq
Ebbf6a479fc3cb1b033947db387c395d
7 mart / 10:43
Burada sizin reklamınız ola bilər

Tbilisidə parlament binasının qarşısında “Xarici təsirin şəffaflığı” və “xarici agentlərin qeydiyyatı” qanunlarının qəbulu əleyhinə aksiya keçirilir.

“Qərb Xəbər” bildirir ki, sözü gedən qanun layihələrini Gürcüstan parlamentindəki iqtidaryönlü kiçik “Xalqın gücü” partiyası təqdim edib.

Qanun layihələrindən biri sözbəsöz ABŞ-ın “xarici agent” qanunun tərcüməsidir. Digər layihəni isə partiyanın özü işləyib.

Bu layihə qanun kimi qüvvəyə minərsə, Gürcüstanda maliyyələşməsinin 20 faizi xaricdən gələn medialar “xarici agent” kimi qeydiyyatdan keçməli və illik gəlirləri barəsində hesabat verməli olacaqlar.

Gürcüstanın qeyri-hökumət təşkilatları, müxalifət və bir çox ictimai xadimləri hakimiyyətin arqumentlərini “demaqoqluq” adlandırır və “xarici agent haqqında” qanunun istənilən formada qəbuluna etiraz edirlər.

Paylaş
Burada sizin reklamınız ola bilər