Xəbər

Laçın-Xankəndi yolundakı aksiya 85 gündür davam edir

6 mart / 09:20 1 dəq
64056d6a08a9864056d6a08a99167807729064056d6a08a9464056d6a08a96
6 mart / 09:20
Burada sizin reklamınız ola bilər

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində – Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.

“Qərb Xəbər”APA-nın Şuşaya ezam olunmuş müxbirinə istinadən xəbər verir ki, aksiya gecə boyu da davam edib.
Aksiya iştirakçıları günə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirməklə başlayıblar. Ermənilərin Şuşa istiqamətində təxribata əl atmasına baxmayaraq, ictimai fəallar dinc aksiyanı davam etdirir. Hazırda Şuşa rayon ərazisində küləkli hava şəraiti hökm sürür.

Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər