Elm və Texnologiya

Gürcüstanda təhsil alan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

3 mart / 10:43 1 dəq
Indir 2023 03 03T104218.678
3 mart / 10:43
Burada sizin reklamınız ola bilər

2021/22-ci dərs ilinin əvvəlində Gürcüstanın ali təhsil müəssisələrində 903 Azərbaycan vətəndaşı olan tələbə qeydə alınıb.

“Qərb Xəbər” xəbər verir ki, bu barədə  Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında qeyd olunub.

Bildirilib ki, bunlardan 660-ı kişi, 243 isə qadındır. Gürcüstanda təhsil alan Azərbaycan vətəndaşlarının əksəriyyəti özəl ali təhsil müəssisələrində qeydiyyatdan keçiblər. Belə ki, onlardan 546-sı özəl, 357-si isə dövlət ali təhsil məktəblərində qeydiyyata alınıblar.

2020-2021-ci tədris ilində isə Gürcüstanın ali təhsil müəssisələrində 901 Azərbaycan vətəndaşı təhsil alıb.

Paylaş
Burada sizin reklamınız ola bilər