Siyasət

Şavkat Mirziyoyev martın 1-2-də Azərbaycana səfər edəcək

1 mart / 08:25 1 dəq
Indir 2023 03 01T082501.749
1 mart / 08:25
Burada sizin reklamınız ola bilər

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev martın 1-2-də Azərbaycana səfər gələcək.

“Qərb Xəbər” xəbər verir ki, bu barədə  Özbəkistan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Mirziyoyevin Bakıda Qoşulmama Hərəkatının Zirvə toplantısının plenar iclasında iştirakı nəzərdə tutulur.

Azərbaycan tərəfinin sədrliyi ilə keçiriləcək tədbirin gündəliyinə pandemiyanın nəticələrinin davamlı təsiri, habelə beynəlxalq təhlükəsizlik və sabitliyə çağırış, eləcə də təhdidlər şəraitində çoxtərəfli dialoqun inkişafı və əməkdaşlığın genişləndirilməsi məsələləri daxildir.

Özbəkistan Prezidentinin Bakıda dövlət və hökumət rəsmiləri ilə də görüşlər keçirəcəyi planlaşdırılır.

Paylaş
Burada sizin reklamınız ola bilər