Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Aqrar Universitetinin baş müəlliminə cəza verildi

28 fevral / 13:10 2 dəq
Aqrar
28 fevral / 13:10
Burada sizin reklamınız ola bilər

Gəncə Şəhər Məhkəməsində Azərbaycan Dövlət Aqrar Universitetinin kafedra müdiri Azər Xəlilovun kafedranın baş müəllimi, 1969-cu il təvəllüdlü  Təvəkkül Sadıqov barəsindəki xüsusi ittiham qaydasında şikayətinə baxılıb.

“Qərb Xəbər” “Qafqazinfo”ya istinadən bildirir ki, Univeristetin “Yerquruluşu” kafedrasının müdiri müəllimin sosial şəbəkələrdə paylaşımlar edərək onu təhqir etdiyini, ünvanına böhtanlar səsləndirdiyini iddia edib. Aqrar elmləri üzrə fəlsəfə doktoru olan Azər Xəlilov T.Sadıqovun Cinayət Məcəlləsinin tələbinə uyğun şəkildə cəzalandırılmasını tələb edib.

Məhkəmədə baş müəllimin kafedra müdiri haqqında yazdığı statuslar və şərhlər elan edilib. Məlum olub ki, T.Sadıqov kafedra müdirinin siyasi mənsubiyyəti, fəaliyyəti ilə bağlı müxtəlif fikirlər yazıb, onun “5-ci kolon”a xidmət etdiyini iddia edib.

T.Sadıqov ifadəsində kafedra müdiri barəsində yazdıqları fikirləri etiraf edib və onu təhqir etmək fikrində olmadığını deyib. O, kafedra müdirinin dərs saatlarını düzgün bölüşdürmədiyini və ona qarşı qərəzli münasibət bəslədiyini deyib.

Gəncə Şəhər Məhkəməsində hakim Orxan Cəfərlinin sədrliyi ilə keçirilən prosesin yekununda T.Sadıqov Cinayət Məcəlləsinin 148-ci maddəsi (Təhqir) ilə təqsirli bilinərək ona 1500 manat cərimə kəsilib. Baş müəllimə 147.2-ci (Böhtan) maddə üzrə isə bəraət verilib.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı